Latviyada
Burslu
TƏhsil
Bursun Adı: HTP Bursu
Burs haqqında qısa məlumat:
HTP, Hökumətlərarsı Təhsil Programıdır. Bu burs proqramlarında Azərbaycan Dövləti, tələbələrin qəbul və dəyərləndirmə prosesində iştirak edir. Təhsil Nazirliyi bu burslarda nəzarətçi qürum olaraq fəaliyyət göstərir. Çünki, HTP nin fəaliyyəti, dövlətlərarası ikili müqavilələr çərçivəsindədir.
Bursun əhatəsi:
Bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro burs təmin olunur. *Qeyd: Səyahət və sığorta xərcləri, təhsil haqqı namizədlərin özləri tərəfindən qarşılanır. Burs proqramı barədə daha ətraflı məlumat hər il yenilənən və əsas səhifədə dərc olunan müvafiq elan vasitəsilə əldə edilə bilər
Bursa müraciət üçün lazım olan sənədlər:
· 2 ədəd doldurulmuş ərizə
· CV ( ingilis, maksimum 2-3 səhifə)
· ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;
· sağlamlıq haqqında arayış (tərcümə-təsdiqli);
· attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;
· bakalavriat təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;
· bakalavriat və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi;
· Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər surətinin tərcümə-təsdiqi);
· 2 ədəd rəngli fotoşəkil.
Bursa müraciət periodu:
Aprel
Bursun Adı: Erasmus Mundus Birləşmiş Master Bursları
Burs haqqında qısa məlumat:
Hər cür ixtisası əhatə edən ixtisas kataloquna sahibdir və Avropa birliyinə üzv olan hər bir ölkə müəyyən səviyədə bu burs proqramında hansısa bir layihəyə ev sahibliyi edir. Adından da görüldüyü kimi bir neçə əsasən AB-ə üzv olan ölkədə və bir neçə universitetdə təhsil almaqla davam edən bu burs üçün hər ölkənin dövlət dilini bilməyə ehtiyac yoxdur. Bu səbəblə, rəsmi linkə daxil olduqdan sonra kataloqa daxil olursunuz. Şəxsi seçimlərinizə əsasən yönləndirilirsiniz. Müraciət dərin araşdırma tələb edir. EMJMD burs proqramı külli miqdarda Avropa birliyinə üzv olan və üzv olmayan ölkələri əhatə edir. Vahid müraciət sistemi yoxdur. İstənilən universitetə istənilən anda müraciət etmək mümkün deyil. Müraciət etmədən əvvəl kataloqu yoxlamanız tövsiyə olunur.
Bursun əhatəsi:
Erasmus + maliyyə dəstəyi almaq üçün əvvəlcə təşkilat konsorsiumu tərəfindən kursa qəbul olunmalı və sonra EMJMD bursuna seçilməlisiniz. EMJMD bursu sizin iştirak xərclərinizi (təhsil haqqı, kitabxana və laboratoriya xərcləri, tam sığorta təminatı və Master-da iştirakınızla əlaqədar hər hansı digər məcburi xərcləri də əhatə edir); səyahət və quraşdırma xərclərinizə bir töhfədir və təhsil proqramının bütün müddəti üçün aylıq yaşayış müavinətini əhatə edir. Bursun ümumi miqdarı kursunuzun müddətinə və milliyyətə görə dəyişir (AB üzvü olmayan tələbələr daha böyük burs alır). Bursların ən az 75% -i Tərəfdaş ölkələrin namizədlərinə verilir.
Bursa müraciət üçün lazım olan sənədlər:
Şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd
CV
Motivasiya məktubu
Dil biliyini təsdiq edən sənəd
Referans Məktubları
Diplom və Transkript
Bursa müraciət periodu:
Son müraciə tarixləri 30 dekabr, 15 yanvar, 30 yanvar olaraq dəyişkəndir
Latviya haqqında oxumaq istərdiniz mi?
Latviyaya getmədən əvvəl bütün lazımi məlumatları əldə etmən üçün səni link ilə təmin edirik !
Burslu təhsil haqqında əlavə məlumat almaq istərdiniz mi?
Burs.az abunələri mütəmadi olaraq yeni məlumatlardan xəbərdar olurlar. Çünki, həyat paylaşanda gözəldir.