Sloveniyada
Burslu
TƏhsil
Bursun Adı: Erasmus Mundus Birləşmiş Master Bursları
Burs haqqında qısa məlumat:
Hər cür ixtisası əhatə edən ixtisas kataloquna sahibdir və Avropa birliyinə üzv olan hər bir ölkə müəyyən səviyədə bu burs proqramında hansısa bir layihəyə ev sahibliyi edir. Adından da görüldüyü kimi bir neçə əsasən AB-ə üzv olan ölkədə və bir neçə universitetdə təhsil almaqla davam edən bu burs üçün hər ölkənin dövlət dilini bilməyə ehtiyac yoxdur. Bu səbəblə, rəsmi linkə daxil olduqdan sonra kataloqa daxil olursunuz. Şəxsi seçimlərinizə əsasən yönləndirilirsiniz. Müraciət dərin araşdırma tələb edir. EMJMD burs proqramı külli miqdarda Avropa birliyinə üzv olan və üzv olmayan ölkələri əhatə edir. Vahid müraciət sistemi yoxdur. İstənilən universitetə istənilən anda müraciət etmək mümkün deyil. Müraciət etmədən əvvəl kataloqu yoxlamanız tövsiyə olunur.
Bursun əhatəsi:
Erasmus + maliyyə dəstəyi almaq üçün əvvəlcə təşkilat konsorsiumu tərəfindən kursa qəbul olunmalı və sonra EMJMD bursuna seçilməlisiniz. EMJMD bursu sizin iştirak xərclərinizi (təhsil haqqı, kitabxana və laboratoriya xərcləri, tam sığorta təminatı və Master-da iştirakınızla əlaqədar hər hansı digər məcburi xərcləri də əhatə edir); səyahət və quraşdırma xərclərinizə bir töhfədir və təhsil proqramının bütün müddəti üçün aylıq yaşayış müavinətini əhatə edir. Bursun ümumi miqdarı kursunuzun müddətinə və milliyyətə görə dəyişir (AB üzvü olmayan tələbələr daha böyük burs alır). Bursların ən az 75% -i Tərəfdaş ölkələrin namizədlərinə verilir.
Bursa müraciət üçün lazım olan sənədlər:
Şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd
CV
Motivasiya məktubu
Dil biliyini təsdiq edən sənəd
Referans Məktubları
Diplom və Transkript
Bursa müraciət periodu:
Son müraciə tarixləri 30 dekabr, 15 yanvar, 30 yanvar olaraq dəyişkəndir
Sloveniya haqqında oxumaq istərdiniz mi?
Sloveniyaya getmədən əvvəl bütün lazımi məlumatları əldə etmən üçün səni link ilə təmin edirik !
Bursun Adı: Visegrad Bursları
Burs haqqında qısa məlumat:
4 ölkədə təhsili əhatə edən proqram Viseqrad fondu tərəfindən maliyyələndiyi üçün belə adlanır.
Bursun əhatəsi:
Vətəndaşlığın, daimi yaşayış yerinin və ev universitetinin qəbul etdiyi qurumun ölkəsindən fərqli olmalıdır; üstəlik, abituriyentin əvvəlki universitet təhsili təqaüd üçün müraciət etdiyi yerdən başqa bir ölkədə tamamlanmalıdır
Ərizəçinin hazırkı işəgötürən / universitet və ya daimi yaşayış yeri ilə ev sahibi universitet / institut arasındakı məsafə 150 km-dən çox olmalıdır
Təhsil müddəti / dəstək müddəti, magistr səviyyəsində təhsil üçün 1–4 semestr, bakalavr təhsili üçün və ya magistratura sonrası tam iş / tədqiqat üçün 1-2 semestrdir
Dəstəyin məbləği tələbə üçün 2,500 avro , universitet üçün 1500 avrodur. Ödənişlər semestr üçündür.
Bursa müraciət üçün lazım olan sənədlər:
Skan edilmiş şəxsiyyəti təsdiq edən sənəd
Son iki semestrin və ya diplom əlavəsinin skan edilmiş transkriptləri və ya qeydləri
Qəbul edən universitetin qəbul məktubu
Bursa müraciət periodu:
Mart
Burslu təhsil haqqında əlavə məlumat almaq istərdiniz mi?
Burs.az abunələri mütəmadi olaraq yeni məlumatlardan xəbərdar olurlar. Çünki, həyat paylaşanda gözəldir.